Prezident: Azərbaycan-Malayziya əməkdaşlığının genişlənməsi məmnunluq doğurur
Far.Az xəbər saytı

Prezident: Azərbaycan-Malayziya əməkdaşlığının genişlənməsi məmnunluq doğurur


Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.

Far.Az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Malayziyanın Kralı Sultan İbrahimə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı məktubda yer alıb.

Dövlətimizin başçısı İlham Əliyev məktubunda Kral Sultan İbrahimi və Malayziya xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edərək bildirib: "Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir".

Azərbaycan Prezidenti əlamətdar gün münasibətilə Malayziyanın Kralı Sultan İbrahimə cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və firavanlıq diləyib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Malayziya Kralına təbrik məktubu göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər