Aralıq orucu ürək sağlamlığına necə təsir edir?
Far.Az xəbər saytı

Aralıq orucu ürək sağlamlığına necə təsir edir?


Son illərdə populyarlaşan aralıq orucu (intermittent fasting) təkcə çəki itirmək üçün deyil, həm də sağlamlıq baxımından müzakirə olunur.

Far.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu qidalanma rejimi ürək-damar sisteminə müəyyən faydalar verə bilər.

Araşdırmalara görə, aralıq orucu zamanı orqanizmdə insulin həssaslığı yaxşılaşır, xolesterin səviyyəsi və qan təzyiqi normallaşa bilər. Bu isə ürək-damar xəstəlikləri riskinin azalmasına səbəb olur.

Kardioloqlar qeyd edirlər ki, oruc rejimi ürək üçün faydalı olsa da, hər kəs üçün uyğun deyil. Xroniki xəstəlikləri olan, şəkərli diabetdən əziyyət çəkən və ya dərman qəbul edən şəxslər həkimlə məsləhətləşmədən bu rejimə başlamamalıdırlar.

Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, düzgün planlaşdırılmayan aralıq orucu əks təsirlər yarada bilər – enerji çatışmazlığı, qan şəkərində kəskin dəyişikliklər və ürək ritmində problemlər yarana bilər.

Ümumilikdə isə, balanslı şəkildə tətbiq edilən aralıq orucu ürək sağlamlığını qorumaqda köməkçi üsullardan biri hesab olunur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Səhiyyə Nazirliyi: "Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur"
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər