"Kommersant": Rusiya dizelinin ixracı yanacaq qiymətlərini aşağı salmayıb
Far.Az xəbər saytı

"Kommersant": Rusiya dizelinin ixracı yanacaq qiymətlərini aşağı salmayıb


Rusiya dizel yanacağı ixracının qismən bərpası hələlik dünya qiymətlərini aşağı salmağa kömək etməyib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" ("Ъ") işgüzar nəşri yazıb.

Analitiklərin fikrincə, dizel yanacağı kotirovkalarının artmasına neftin yüksək qiyməti, neft məhsullarının məhdud ehtiyatları və neft emalı zavodlarının (NEZ) mövsümi təmirləri təkan verir. Qiymətlərin davamlı olaraq aşağı düşməsi üçün təklifin əhəmiyyətli və sabit şəkildə artması tələb olunacaq.

"Platts" icmalında deyilir ki, oktyabrın 22-də Şimal-qərbi Avropaya tədarük edilən dizel yanacağının dəyəri sığorta və fraxt (CIF) nəzərə alınmaqla, 8,5 dollar artaraq bir ton üçün 1,48 min dollara çatıb. Analitiklər qeyd edirlər ki, Rusiya dizel yanacağı ixracının bərpasından sonra bazarın soyuyacağına dair ümidlərə baxmayaraq, Səudiyyə Ərəbistanının neft yataqlarına hücumlar barədə xəbərlər fonunda qiymətlər artmaqdadır.

Sentyabr ayında "Platts" Avropa bazarında dizel yanacağının dəyərini rekord səviyyədə - bir ton üçün 1,64 min dollar məbləğində qiymətləndirib. ABŞ və İran arasında hərbi əməliyyatlar başlamazdan əvvəl qiymət bir ton üçün təxminən 714,72 dollar təşkil edirdi.

ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Rusiya dizel yanacağının Amerika və dünya bazarlarına irimiqyaslı tədarükünə dair saziş barədə anons verib. Daha sonra, həmin gün ABŞ Maliyyə Nazirliyi Rusiya dizelinin dünya bazarına tədarükünə icazə verərək, onları 7 aprel 2027-ci ilə qədər müvəqqəti olaraq ABŞ sanksiyalarından azad edib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər