Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama
Bakıda taksi sürücüsünün qadına təzyiq göstərdiyi iddia edilir.
Far.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videomüraciət paylaşılıb.
Belə ki, Elvira Vəliyeva adlı xanım Bakı-Sumqayıt yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsünün onu hədələdiyini və avtomobilin qapılarını kilidlədiyini iddia edib.
Şikayətçinin sözlərinə görə, 4 manatlıq gediş üçün sürücü 7 manat tələb edib. Əlavə ödənişdən imtina etdikdə isə qadın avtomobildən çıxmağa çalışarkən yıxılaraq xəsarət alıb.
O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini, həmçinin çantasının avtomobildə qaldığını bildirib.
Məsələ ilə bağlı "Bolt" şirkətindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, Elvira Vəliyevanın 20 oktyabr 2026-cı il tarixli paylaşımı ilə bağlı sistemimizdə yoxlama aparılıb:
"Hazırda paylaşımda təsvir edilən hadisəyə uyğun səfər və ya Bolt Send sifarişi və ya qeyd olunan avtomobil nömrəsi istifadəçinin hesabı üzrə qeydə alınmayıb. Bu məsələ ilə bağlı Müştəri Dəstəyinə də müraciət daxil olmayıb.
Anlaşılmazlıqların qarşısını almaq və hər bir halı konkret sifariş əsasında araşdırmaq üçün sərnişinlərdən hər hansı problemlə qarşılaşdıqda tətbiqdə müvafiq sifarişi seçərək Müştəri Dəstəyinə müraciət etmələri xahiş olunur. Bu, vəziyyəti operativ araşdırmağa və zərurət olduqda müvafiq tədbirlər görməyə imkan verir".
Oxşar xəbərlər
Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
-
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu













