25 yaşlı azərbaycanlı Almaniyada bələdiyyə üzvü seçilib
Far.Az xəbər saytı

25 yaşlı azərbaycanlı Almaniyada bələdiyyə üzvü seçilib


Almaniyada yaşayan azərbaycanəsilli gənc Musa Kərimov yerli siyasətdə təmsil olunur. O, 2025-ci ildə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə əsasən, Lippstadt şəhər bələdiyyə şurasının üzvü seçilib.

Musa Kərimov bu barədə BAKU.WS-ə açıqlamasında məlumat verib.

25 yaşlı Kərimovun sözlərinə görə, o, 2025–2030-cu illəri əhatə edən seçki dövründə Lippstadt şəhər şurasının 62 üzvündən biri kimi fəaliyyət göstərir. Onun əsas vəzifələrindən biri şəhər sakinlərinin maraqlarını təmsil etmək və yerli idarəetmə ilə bağlı qərarların qəbulunda iştirak etməkdir.

25 yaşlı azərbaycanlı Almaniyada bələdiyyə üzvü seçilib

Musa Kərimov, eyni zamanda, Lippstadt şəhər şurasının Ətraf Mühit, Mobillik və Tikinti Komitəsinin üzvüdür. Bu çərçivədə o, şəhərin davamlı inkişafı, nəqliyyat, ətraf mühitin mühafizəsi və tikinti ilə bağlı məsələlərin müzakirəsində iştirak edir.

Siyasi fəaliyyəti ilə yanaşı, Kərimov dövlət idarəçiliyi sahəsində də çalışır. O, özünün bildirdiyinə görə, artıq yeddi ildir ki, Şimali Reyn-Vestfaliya federal torpağının vergi idarəetmə sistemində fəaliyyət göstərir. Diplom-Finanzwirt ixtisasına malik olan Kərimov peşəkar təcrübəsini ictimai-siyasi fəaliyyəti ilə birləşdirməyə çalışdığını bildirir.

Azərbaycan mənşəyinin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayan Musa Kərimov Almaniyada yaşayıb fəaliyyət göstərsə də, kökləri ilə fəxr etdiyini deyir.

O hesab edir ki, gənc yaşda dövlət idarəçiliyi sahəsində çalışmaq və yerli siyasətdə məsuliyyət daşımaq təcrübəsi Azərbaycan ictimaiyyəti üçün də maraqlı ola bilər.

Musa Kərimovun fəaliyyəti Almaniyada yaşayan azərbaycanəsilli gənclərin ictimai və siyasi həyatda iştirakı baxımından diqqət çəkir.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər