Orta məktəb müəllimi keçmiş arvadının qollarını doğradı
Far.Az xəbər saytı

Orta məktəb müəllimi keçmiş arvadının qollarını doğradı


Naxçıvanda kişi keçmiş arvadının qollarını şüşə ilə doğrayıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Keçili kəndində baş verib.

Kənd sakini, 1970-ci il təvəllüdlü Şükür Məmmədov (soyadı şərtidir) Keçili kənd orta məktəbində müəllim işləyib. O, bir müddət əvvəl aralarında yaranmış mübahisələr nəticəsində həyat yoldaşı Zəhradan boşansa da, bir evdə yaşamaq məcburiyyətində qalıb. Səhər saatlarında yuxudan duran Şükür heyvanlardan sağılan südün yoxa çıxdığını görüb və bu barədə evin zirzəmisində olan Zəhradan soruşub. Zəhra isə həmin süddən pendir düzəltdiyini deyib. Hadisədən əsəbiləşən Şükür ayaqqabısını çıxararaq həmin ayaqqabı ilə Zəhranın başına və göz nahiyəsinə vurmağa başlayıb. Qadın onun əlindən çıxmaq istəsə də, Şükür ona imkan verməyib. O, zirzəmidəki şüşə balonu divara çırparaq sındırıb, həmin şüşə sınığı ilə Zəhranın qollarını doğramağa başlayıb. Zəhra hadisə yerindən qaçaraq küçəyə çıxıb və polisə məlumat verib.

Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

Kəngərli Rayon Məhkəməsinin hökmü ilə Ş.Məmmədov aylıq əməkhaqqının 5 faizi dövlət nəfinə tutulmaqla 3 (üç) ay islah işlərinə cəlbolunma cəzasına məhkum edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri birinci oxunuşda qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər