Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafına necə təkan verəcək?
Far.Az xəbər saytı

Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafına necə təkan verəcək?


"Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda irəli sürülüb.

2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə bu layihə reallaşıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulublar. Hazırda Çin-Qazaxıstan sərhədindən başlayan marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Orta Dəhliz təkcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir".

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafına necə təkan verəcək?

O bildirib ki, Orta Dəhliz iqtisadi baxımdan səmərəli olması ilə yanaşı, siyasi əhəmiyyəti də az deyil:

"Hazırda dünyanın ən iddialı iqtisadi proqramı hesab olunan, Çin və Avropanı inkişaf etmiş yollar, yüksəksürətli dəmiryol xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyən bu layihə 65 ölkəni və dünya üzrə ümumi daxili məhsulun 40 faizini əhatə edir. Hətta Dünya Bankının məlumatına görə, hazırda dəhliz boyunca yerləşən 70 ölkədə "Bir kəmər-bir yol" təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard ABŞ dolları təşkil edir".

"Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhliz boyunca yeni nəqliyyat qolunun açılması baxımından böyük əhəmiyyətə malik olacaq. Hazırda dövlətimizin üzərində işlədiyi nəqliyyat və transmilli enerji layihələrinin inkişaf etdirilməsi Orta Dəhlizin potensialını yüksəldəcək, siyasi və investisiya dəstəyini artırmağa xidmət edəcək. Düşünürəm ki, düzgün sərmayələr və siyasi qərarlar ilə Orta Dəhliz boyunca ticarət həcmi 2030-cu ilə qədər üç dəfə artırıla, eyni zamanda, marşrutla yükdaşıma müddəti iki dəfə azaldıla bilər", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər