Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs və ailə üzvləri faciə qurbanı olublar - BDYPİ-dən ÇAĞIRIŞ
Ötən gün saat 13:11 radələrində Tovuz rayonunun Yanıqpəyə kəndi ərazisində Gədəbəy rayon sakini Şakir Hüseynovun sürücülük hüququ olmadan idarə etdiyi "VAZ" markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, qəza nəticəsində Ş.Hüseynov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı Püstə və oğlu Xəyal Hüseynovlar, gəlini, eləcə də 4 və 2 yaşlarında iki nəvəsi xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə hadisəyə səbəb yola nabələd olan Ş.Hüseynovun sərt döngədə manevretmə zamanı sürət həddini düzgün seçə bilməməsi göstərilir.
BDYPİ yüksək sürətin, habelə səriştəsiz şəxslərin sükan arxasına əyləşməsinin ağır faciələrə səbəb olduğunu bir daha xatırladıb. Bununla yanaşı, sürücüləri yol və hava şəraitini hər zaman nəzərə almağa, yola nabələd olduqda daha da ehtiyatlı davranmağa çağırıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













