28 nəfərin öldüyü gəmi 14 manatlıq yapışqanla təmir edilib
Far.Az xəbər saytı

28 nəfərin öldüyü gəmi 14 manatlıq yapışqanla təmir edilib


Şimali Kipr Türk Respublikasında (ŞKTR) 28 nəfərin ölümü ilə nəticələnən "Filo Jet" gəmi faciəsi ilə bağlı yeni detallar üzə çıxıb.

Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 30-da Girnə sahillərində qəzaya uğrayan gəminin 14 manatlıq alınmış suya davamlı yapışqanla təmir edildiyi məlum olub.

Məhkəmədə ifadə verən polis müfəttişi Mehmet Mannaş bildirib ki, səfərlərin dayandırılmaması üçün gəminin təmirində yararsız materiallardan istifadə olunub. Gəmi təmirdən sonra 79 dəfə səfərə çıxıb.

Faciə ilə bağlı saxlanılan doqquz nəfər, o cümlədən iki Azərbaycan vətəndaşı qəsdən adam öldürmək ittihamı ilə mühakimə olunacaq.

Polis təqsirləndirilən şəxslər barəsində üç aylıq həbs qərarının çıxarılmasını tələb edib. Məhkəmə prosesi davam edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri
Şəmkirçay suyu necə içməli suya çevrilir? - DETALLAR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər