Xəzərdə əməliyyatın ANBAAN GÖRÜNTÜLƏRİ: Atəş açıldı, yaralı var
Sentyabr ayının 4-də saat 00:25-də Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında - Neftçala rayonu istiqamətində sürətlə hərəkət edən naməlum üzmə vasitəsi müşahidə olunub. Sərhəd gəmiləri tərəfindən dərhal təqibetmə əməliyyatı həyata keçirilərək sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun birgə məlumat yayıb.
Keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı sərhəd gəmisinin işıq və səs siqnallarından istifadə edilməklə "Dayan" komandası verilərək xəbərdarlıq atəşi açılsa da, sərhəd pozucuları Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərdiyindən onların saxlanılması məqsədilə üzmə vasitəsinin mühərrik hissəsi hədəfə alınmaqla atəş açılıb.
Üzmə vasitəsində baş vermiş yanğın səbəbi ilə hər iki şəxs bağlamalarla birlikdə özünü dənizə atsa da, keçirilmiş xilasetmə tədbirləri nəticəsində sərhəd pozucuları sudan çıxarılaraq yaralıya ilkin tibbi yardım göstərilib, "Yamaha-200" markalı "Layner" tipli üzmə vasitəsində baş vermiş yanğın söndürülüb, dənizə atılmış bağlamada isə ümumi çəkisi 11 kiloqram 850 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
İlkin araşdırma nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları - 1994-cü il təvəllüdlü Qulreza Cavad Alireza və 1996-cı il təvəllüdlü Bordbar Milad Mansur olduqları müəyyən edilib.
Fakt üzrə Dövlət Sərhəd Xidmətində 04.09.2025-ci tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluqla birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
DSX Xəzərdə əməliyyat keçirib, bir nəfər zərərsizləşdirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













