Nəhəng dəniz canlısı sahilə çıxdı - Görənlər əjdahaya oxşatdı
Uels sahilinə nəhəng dəniz canlısı çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.
Bildirilib ki, Uelsin sahilində nəhəng dəniz heyvanının cəsədi tapılıb. Tapıntı yerli sakinlər və sosial şəbəkə istifadəçiləri arasında böyük müzakirələrə səbəb olub. İlk ehtimallar arasında köpək balığından tutmuş mifik "uels əjdahası"na qədər fikirlər səslənib. Lakin ekspertlər müəyyənləşdiriblər ki, bu, nadir hallarda rast gəlinən finvaldır mavi balinadan sonra ikinci ən böyük balina növü.
KİV-in məlumatına görə, balinanın uzunluğu 21 metrdən çox, çəkisi isə təxminən 50 ton olub. Onun aşağı çənəsinin uzunluğu 5 metrə çatıb.
"Bu, nadir hadisədir: Uels sahilində finval görmək olduqca qeyri-adi haldır", - deyə dəniz mühitinin monitorinqi üzrə koordinator Metyu Uestfild bildirib.
Adətən finvallar Kornuoll, İrlandiya və Şotlandiya sahillərində müşahidə olunur. Onların İrlandiya dənizinə daxil olması isə çox nadir haldır. Buna görə də tapıntı alimlərin marağına səbəb olub: cəsəd London zooparkına aparılacaq və orada DNT analizi, çirkləndirici maddələrin, o cümlədən mikroplastikin öyrənilməsi və beynəlxalq genetik layihələr üçün tədqiqat aparılacaq.
Lakin balinanın cəsədi artıq parçalanmış vəziyyətdədir onun üzərində digər dəniz yırtıcılarının, o cümlədən köpək balıqlarının qidalanma izləri müşahidə olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ekofəal: Son bir neçə ildə Norveç 2 mindən çox balinanı öldürüb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ekofəal: "Balina ovu ilə bağlı kvotalar artırılıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













