Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir.
Far.Az report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Həmçinin pensiya indeksasiyasının ənənəvi qaydada son illərin göstəriciləri və cari ilin 10 ayı ərzində orta əməkhaqqı artımı nəzərə alınaraq hesablandığını diqqətə alsaq, hesab edirik ki, bu indeksasiya yenə inflyasiyadan yüksək olacaq və vətəndaşların gəlirləri artacaq", - nazir əlavə edib.
S. Babayev qeyd edib ki, konkret rəqəmin hazırda açıqlana bilməməsinin səbəbi göstəricinin 12 aylıq orta əməkhaqqı artımına müvafiq təyin edilməsidir: "Biz isə orta illik artım rəqəmini yanvar ayının sonunda, yəni 12 aylıq göstərici tam formalaşdıqdan sonra öyrənə biləcəyik. Lakin cari dövr üzrə artım, yanılmıramsa, 7-8 % civarındadır. Növbəti iki ayın göstəricilərini də real olaraq müşahidə edəcəyik və müvafiq indeksasiya vasitəsilə pensiyaçılarımızın gəlirlərinin həqiqi artımını təmin edə biləcəyik. Yəni həm inflyasiya, həm də digər amillərə qarşı".
O bildirib ki, əhalinin, xüsusən pensiyaçıların rifahının mühafizəsi məqsədilə ölkədə hər il pensiyaların indeksasiyası aparılır: "Bu indeksasiya əvvəlki il ərzində orta əməkhaqqının artım həcminə uyğun formada reallaşdırılır. Son beş il ərzində indeksasiyalar orta hesabla 9 % həddində olub".
Nazirin sözlərinə əsasən, 2027-ci ildə Azərbaycanda böyük həcmli sosial paket icra olunacaq:
"Bu sosial paketin həyata keçirilməsi üçün maliyyə təminatı büdcədə ehtiyat fond şəklində nəzərdə tutulub. Hökumət tərəfindən hazırlanan layihələr yekun variantda dövlət başçısına təqdim olunduqdan və müvafiq fərmanlar imzalandıqdan sonra həmin vəsaitlərin aidiyyəti maddələr üzrə bölüşdürülməsi həyata keçiriləcək və bu rəqəmləri hamımız görə biləcəyik".
Oxşar xəbərlər
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













