"Mançester Yunayted"dən Altay Bayındırla bağlə gözlənilməz qərar
İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Yunayted" qapıçı mövqeyində dəyişikliklərə hazırlaşır.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, klub həm Türkiyə millisinin qolkiperi Altay Bayındırı, həm də kamerunlu Andre Onananı transfer siyahısına yerləşdirib.
Transfer pəncərəsinin son günündə Belçikanın "Antverpen" klubundan gənc qapıçı Senne Lammens heyətə cəlb edildikdən sonra "qırmızı şeytanlar"ın heyətində qapıçıların sayı 4-ə yüksəlib. Hazırda komandada Altay Bayındır, Andre Onana, Tom Hiton və yeni transfer Lammens yer alır.
39 yaşlı təcrübəli qapıçı Tom Hitonun isə komanda daxilində nüfuzlu və sevilən futbolçu olması səbəbindən heyətdə saxlanılacağı gözlənilir.
İddialara görə, Onana Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir. Altay Bayındırın isə karyerasını Türkiyədə davam etdirməsi ehtimal olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Premyer Liqa klublarının rəsmiləri AFFA İcraiyyə Komitəsinin son qərarlarını müsbət qiymətləndirir - SORĞU
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub













