II Yelizavetanın gəlini vəfat edib
Far.Az xəbər saytı

II Yelizavetanın gəlini vəfat edib


Böyük Britaniyada II Yelizavetanın gəlini, Kent hersoginyası Ketrin 92 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə BBC Bukingem Sarayının bəyanatına istinadən məlumat yayıb.

"Bukingem Sarayı Əlahəzrət Kent hersoginyasının vəfatını böyük kədərlə elan edir", - rəsmi bəyanatda deyilir.

Qeyd olunur ki, Kent hersoginyası sentyabrın 5-nə keçən gecə ailəsinin əhatəsində dinc şəkildə dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır. Kral III Çarlz da daxil olmaqla kral ailəsinin bütün üzvləri itkinin kədərini Kent hersoqu ilə bölüşür.

Düşes Ketrin kral ailəsinin ən yaşlı üzvü idi. O, mərhum Kraliça II Yelizavetanın əmisi oğlu, Kent hersoqu Şahzadə Edvardla evlənmişdi. Həyatı boyu Ketrin böyük musiqi həvəskarı idi. O, Hull İbtidai məktəbində musiqidən dərs deyirdi, onun tələbələri onun kral ailəsinə mənsub olması barədə heç nə bilmirdilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər