Vüqar Gülməmmədov: "Qanunda nəticə əsaslı büdcənin tətbiqi təsbit olunmalıdır"
Hazırda Azərbaycanda büdcə planlaşdırması sifariş əsaslı olsa da, paralel olaraq Maliyyə Nazirliyi pilot layihə qismində nəticə əsaslı büdcə modelinə keçir.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Büdcə sistemi haqqında" qanunda birmənalı təsbit yoxdur ki, bütün bunlar haqqında daha geniş məlumat verilsin, büdcə layihəsində maliyyə göstəriciləri ilə yanaşı qeyri-maliyyə göstəriciləri – natural göstəricilər də olsun. Hazırda sənəddə sadəcə 8 sahə üzrə pilot layihə var. Təəssüf edirəm ki, audit nəticələrinə görə, son 5 ildə pilot layihəyə ilk qoşulan sahələrin təqdim etdiyi hesabatlarla Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirdiyi məlumatlar arasında uyğunsuzluq var. Ona görə, ilk növbədə "Büdcə sistemi haqqında" qanunda nəticə əsaslı büdcənin tətbiqi birmənalı təsbit olunmalıdır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













