Matç zamanı futbolçulara arılar hücum etdi
Far.Az xəbər saytı

Matç zamanı futbolçulara arılar hücum etdi


Tanzaniyadakı Kvaraa stadionunda keçirilən yoldaşlıq futbol matçı arı hücumu səbəbindən yarımçıq qalıb.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriyanın "Siti Abuja" klubu ilə Zanzibarın JKU klubu arasında keçirilən matç 78-ci dəqiqədə stadionun yaxınlığındakı ağacdan arıların çıxaraq meydançanın üzərindən uçmağa başlaması ilə yarımçıq qalıb.

Oyunçular və hakimlər briqadası sancılmamaq üçün çəmənliyə uzanmalı olub.

Bir neçə dəqiqədən sonra dəstə dağılıb və komandalar matçı fasiləsiz başa vura bilib. Qarşılaşma 2:1 hesabı ilə Nigeriya klubunun xeyrinə başa çatıb.

Nəşr qeyd edir ki, hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Bununla belə, yerli mütəxəssislərin fikrincə, arıları hava şəraiti və yaxınlıqdakı çiçəkli ağaclar, həmçinin yüksək səslər və titrəyişlər narahat edə bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər