Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların görüşünün təşkili müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların görüşünün təşkili müzakirə edilib


Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünün təşkili müzakirə edilib.

Far.Az xəbər verir ki, bu barədə sentyabrın 5-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkə nümayəndə heyətlərinin Azərbaycan və Ermənistan ərazisinə qarşılıqlı səfərləri zamanı keçirilən görüşdə müzakirə olunub.

Bildirilib ki, nümayəndə heyətlərinin rəhbərləri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 106 il ötür
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər