Azərbaycanın gənclərdən ibarət cüdo millisi Avropa çempionatında birinci olub
Far.Az xəbər saytı

Azərbaycanın gənclərdən ibarət cüdo millisi Avropa çempionatında birinci olub


Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatını 3 medalla tamamlayıb.

BAKU.WS Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk yarış günündə Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Nizami İmranov (66 kq) isə turniri bürünc medalla tamamlayıb.

Daha əvvəl yeniyetmələr arasında 2 qat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında 66 kq çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə turnirində medal qazanması olub.

Qeyd edək ki, Fərid Qarayev (60 kq) yarışı 5-ci, Əbil Yusubov 7-ci pillədə başa vurub.

Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.

Azərbaycanın gənclərdən ibarət cüdo millisi Avropa çempionatında birinci olub

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Avropa çempionatında 13 medal - Gənc güləşçilərimizdən möhtəşəm nəticələr
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər