10 il prezident oldu, indi "YouTube"da aparıcı olacaq
Far.Az xəbər saytı

10 il prezident oldu, indi "YouTube"da aparıcı olacaq


Avqust ayında səlahiyyətlərini Karol Navrotskiyə təhvil verən Polşanın sabiq prezidenti Andjey Duda yeni fəaliyyət sahəsinə başlayır - o, məşhur "YouTube" kanalında siyasi tok-şounun aparıcısı olacaq.

Far.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Kanal Zero" kanalının yaradıcısı və Polşa mediasının tanınmış meneceri Kşiştof Stanovski bildirib.

"Kanal Zero"nun yeni müəllifi var. Prezident Andjey Duda 16 aktual mövzuya həsr olunmuş 16 buraxılış təqdim edəcək. Onlarla həmsöhbət, xatirələr, hazırkı məsələlərə baxışlar olacaq. İlk yayımla 15 sentyabrda tanış olacaqsınız", deyə o, X sosial şəbəkəsində yazıb.

Polşanın "Gazeta" nəşrinin yazdığına görə, Andjey Duda Kşiştof Stanovskinin "YouTube" kanalında daha əvvəl də iki dəfə qonaq olub. Sonuncu dəfə isə bu, cəmi üç ay öncə baş verib.

Xatırladaq ki, Andjey Duda iki müddət prezidentlikdən sonra 6 avqust 2025-ci ildə vəzifəsini tərk edib. O, sağ-mühafizəkar Hüquq və Ədalət Partiyasını təmsil edirdi.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər