Xaçmazda şam və qovaq ağacları məhv edilib, araşdırma aparılır
Xaçmaz şəhərində çoxillik ağacların məhv edilməsi ilə əlaqədar araşdırmaya başlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Xaçmaz şəhəri Zərifə Əliyeva küçəsi 66 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının qarşısında illər öncə əkilmiş beş ədəd şam və qovaq ağacı ötən gün gecə saatlarında kökündən çıxarılaraq məhv edilib.
Belə ki, sözügedən binanın birinci mərtəbəsində sahibkara məxsus obyektdə təmir işləri aparılır. Ağacların də bu işlərlə əlaqədar kökündən çıxarıldığı ehtimal olunur.
Hadisə ilə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, Xaçmaz şəhərində ağacların çıxarılması barəsində məlumat daxil olduqdan sonra əraziyə baxış keçirilib. Qeyd olunub ki, araşdırmalar başa çatdırıldıqdan sonra yekun qərar veriləcək.
Qalereya
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













