"Nar" və "YAŞAT" Fondu "Bilik günü" münasibətilə şəhid övladlarını təbrik edib
Far.Az xəbər saytı

"Nar" və "YAŞAT" Fondu "Bilik günü" münasibətilə şəhid övladlarını təbrik edib


15 sentyabr – Bilik günü ərəfəsində "Nar" sosial tərəfdaşlıq çərçivəsində "YAŞAT" Fondunun təşkil etdiyi ənənəvi "Məktəbli ləvazimatları" layihəsinə qoşulub.

Artıq beşinci dəfə gerçəkləşən bu təşəbbüs şəhid övladlarının yeni tədris ilinə sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olmağı hədəfləyir.

Layihə çərçivəsində 1–11-ci siniflərdə təhsil alan 900-dən çox şəhidin 1500-dək övladına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim edilib. Respublikanın bütün bölgələrini əhatə edən bu dəstək məktəblilərin təhsil yolunda zəruri vasitələrlə təmin olunmasına və onların gələcəyə daha böyük ümidlərlə addımlamasına xidmət edir.

Qeyd edək ki, "Nar" davamlı olaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə və qazilərimizə dəstək göstərən layihələrə töhfə verir. Bu istiqamətdə reallaşdırılan sosial təşəbbüslər şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindəndir. Şəhid övladlarının təhsildə bərabər imkanlarla irəliləməsi, onların potensialının inkişafı və gələcəkdə cəmiyyətin fəal üzvü kimi formalaşmasına dəstək vermək mobil operator üçün xüsusi əhəmiyyət kəsb edir.

"Nar"ın dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər