2050-ci ilə qədər su böhranı riskinin 30 % artacağı proqnozlaşdırılır
Qlobal miqyasda su istehlakı ildə 4 trilyon kubmetr həcmə çataraq həm insanların gündəlik tələbatı, həm də sənaye və kənd təsərrüfatının inkişafı üçün həlledici resursa çevrilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun tullantı suları sistemlərinin tədqiqi şöbəsinin müdiri Fidan Əliyeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Dəyişikliklərin səsləri: Tullantı sularının dayanıqlı idarəolunması - COP29 məqsədləri yolunda" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, sənayenin sürətli inkişafı ilə bu sektorun suya olan tələbatı da artıb və nəticədə böyük miqdarda tullantı suları yaranıb: "İlk olaraq qeyd etmək istəyirəm ki, su resursları sənaye fəaliyyətləri üçün mühüm mənbədir. Onun mövcudluğu və keyfiyyəti sənaye proseslərinin davamlılığına, məhsuldarlığına və səmərəliliyinə birbaşa təsir göstərir. Tekstil, kağız sənayesi, günəş paneli texnologiyaları, qida emalı sənayesi sahələri xüsusi olaraq su istehlakçılarıdır. Yalnız bir ədəd pambıq köynəyin hazırlanması zamanı 2 500-2 700 litrə qədər, 1 kiloqram zeytun istehsalında isə 3 000 litrdən çox su sərf olunur".
F. Əliyeva tullantı sularının təmizlənməsinin vacibliyini vurğulayaraq onların təbii su hövzələrinə axıdılmasının, xüsusilə urbanizasiya və sənayeləşmənin yüksək olduğu ərazilərdə ətraf mühit üçün ciddi təhlükələr yaratdığını bildirib: "Daha təhlükəli hal isə bu suların kənd təsərrüfatında, xüsusilə insanın birbaşa istifadə etdiyi tərəvəz və meyvə bitkilərinin suvarılmasında istifadəsidir. Çünki tullantı suları üzvi maddələr və qida elementləri ilə zəngin olduğu qədər, həm də yüksək konsentrasiyalı metal duzları ehtiva edir. Bu isə insan sağlamlığı üçün xroniki və toksiki problemlərə səbəb olur".
O əlavə edib ki, qlobal su böhranı artıq 2-3 milyard insanı əhatə edir: "2050-ci ilə qədər bu böhran riskinin 30 %-ə qədər artacağı proqnozlaşdırılır. Bu həcmdə su istifadəsi su resurslarının idarə olunması üçün yeni strategiyaların hazırlanmasını zəruri edir. Buna görə də dayanıqlı texnologiyaların tətbiqi, istehsal proseslərində daha az su istifadə edən qənaətli üsulların işlənməsi, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, membran texnologiyaları və biotexnoloji metodların tətbiqi ön plana çıxır".
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













