Nərimanovda təhlükəli vəziyyət aradan qaldırıldı
Far.Az xəbər saytı

Nərimanovda təhlükəli vəziyyət aradan qaldırıldı


Nərimanov Rayon Bələdiyyəsi tərəfindən Heydər Əliyev prospekti 80 ünvanındakı qəzalı ağacın götürülməsinə dair Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub.

Bu barədə Far.Az-ə Dövlət Ekoloji Ekspertiza Agentliyindən bildirilib.

Qısa müddət ərzində sözügedən ünvana baxış keçirilib və yerli iqlimə xas yeni tingin əkilməsi şərti ilə qəzalı vəziyyətdə olan ağacın götürülməsinə rəy verilib. Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağacın götürülməsi təmin edilib.

***16:29

:Sözügedən ağacın götürülməsinə dair rəy mövcüd deyil.

Bu barədə Far.Az-ə Baki şəhər yaşılaşdırma təsərrüfatı birliyindən bildirildi. Müvafiq dövlət qurumu tərəfindən rəy verildikdən sonra ağac kəsilə bilər.

Şahanə Xankişiyeva

***16:20

Nərimanov rayonu, H.Əliyev prospekti 80 ünvanında ağac təhlükəli vəziyyətə səbəb olub.

Far.Az-in "qaynar xətt"inə daxil olan məlumata görə, hadisə nəticəsində ərazidə yaşayan sakinlər üçün təhlükəli vəziyyət yaranıb.

Sakinlər bildirir ki, aşmış ağac həm piyadaların hərəkətinə mane olur, həm də qəza riski yaradır. Onlar aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi xahiş edirlər.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nərimanovda ağac təhlükə saçır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər