Parisdə medal qazanan paralimpiyaçı: Azərbaycanı layiqincə təmsil etmək üçün çalışacağam
Far.Az xəbər saytı

Parisdə medal qazanan paralimpiyaçı: Azərbaycanı layiqincə təmsil etmək üçün çalışacağam


Çalışacağam Azərbaycanı layiqincə təmsil edim. Bunun üçün əlimdən gələni edəcəyəm.

"Far.Az" xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan paraüzgüçüsü Raman Saley deyib.

30 yaşlı idmançı paralimpiada tarixində beşinci dəfə fəxri kürsüdə yer aldığını xatırladıb.

O, Paris-2024-də daha üç dəfə mübarizə aparacağını söyləyib.

Qeyd edək ki, Raman Saley Paris paralimpiadasında daha 3 kateqoriyada çıxış edəcək. Təmsilçimiz sentyabrın 2-də S13 kateqoriyasında 50 m sərbəst, sentyabrın 4-də 100 m sərbəst, sentyabrın 7-də isə 100 m batterflyay üsullarında çıxış edəcək.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
Paris-2024: Azərbaycan parataekvondoçusu qızıl medal qazanıb – YENİLƏNİB-2
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik edib
Paris-2024: Azərbaycan parataekvondoçusu finala yüksəlib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər