"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb - FƏRMAN
Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Far.Az xəbər verir ki, fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb.
Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
- avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi (2026-cı il yanvarın 1-dən);
- nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq (2027-ci il yanvarın 1-dən).
Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda büdcə qaydası dəyişir
Azərbaycanda büdcə qaydası dəyişib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib
-
Bakı metrosunun stansiya rəisi ÖLÜB













