Metroda interval 6 dəqiqəni keçdi - RƏSMİ AÇIQLAMA
Far.Az xəbər saytı

Metroda interval 6 dəqiqəni keçdi - RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə vətəndaşlar Bakı metrosunda səhər pik saatlarında intervalların uzun olmasından şikayət ediblər. Paylaşımlarda bildirilir ki, bəzi stansiyalarda qatarlararası interval 6 dəqiqədən çox müşahidə olunur.

Metroda interval 6 dəqiqəni keçdi - RƏSMİ AÇIQLAMA

Məsələ ilə bağlı Bakı Metropoliteni Far.Az-ə açıqlama verib.

Bildirilib ki, səhər saat 08:00–09:00 aralığında "Memar Əcəmi" stansiyasından geri qatar qaytarılır. Bu addım sərnişin axınının daha çox olduğu "20 Yanvar", "Memar Əcəmi" və "İnşaatçılar" stansiyalarında tənzimləməni operativ həyata keçirmək məqsədi daşıyır. Qurumun məlumatına görə, metro xəttlərində səhər pik saatlarında ən qısa interval 1 dəqiqə 45 saniyə olmaqla "28 May" – "Əhmədli" stansiyaları arasında təmin edilir. Lakin avtomatik olaraq xəttlər "28 May" stansiyasında ayrıldığı üçün "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində intervallar elan edilən sahədən iki dəfə artıq olur.

Açıqlamada həmçinin qeyd olunur ki, xəttlərin ayrılması prosesi tamamlandıqdan sonra hər xətt üzrə qatarların hərəkəti ayrıca təşkil edilir.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Sosial şəbəkələr vasitəsilə qanunsuz nərə balığı və kürüsü satan şəxslər ƏLƏ KEÇDİ
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Bakı metrosunda qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər