Hülya Avşar, Emina Yahoviçlə sevgili olan 61 yaşlı Sadettin Saranın macəra dolu EŞQ HƏYATI
"Fənərbağça" klubunda 7 illik Ali Koç dövrü başa çatdıqdan sonra Sadettin Saran klubun yeni prezidenti seçildi. Belə olan məqamda yeni prezidentin yeni vəzifəsi qədər şəxsi həyatı da ictimaiyyətin diqqətini çəkməyə başladı. Sadettin Saranın indiyə qədər çox səs-küylü eşq həyatı olub. Onun sevgililəri siyahısında Hülya Avşar, Mustafa Sandalın keçmiş həyat yoldaşı Emina Yahoviç kimi tanınmışlar var.
BAKU.WS xəbər verir ki, 61 yaşlı Sadettin Saran, ilk evliliyini 1990-cı ildə Aycan Ateş ilə edib. Bu evlilikdən onların Lal Saran adlı qızı dünyaya gəlib. 2005-ci ildə cütlük həyat yolunu ayırıb.
Sadettin Saranı magazin verilişlərinə gündəm edən sevgilisi isə müğənni Hülya Avşar olub. 2006-cı ildə Saranla eşq yaşayan Hülya daha sonra "O məni tərk edən yeganə kişidir" deyə açıqlama verib. Cütlüyün səs-küy məhəbbət macərası 2010-cu ildə bitib.
Sadettin Saran ikinci dəfə diş həkimi Emek Külür ilə ailə qurub. Bu evlilik 5 il davam edib və 2017-ci ildə cütlük ayrılıb. Sadettin boşandıqdan sonra evində dinləmə cihazı tapıb və bununla bağlı baş prokurorluğa şikayət edib.
Sadettin Saranın daha bir səs-küylü eşq macərası Mustafa Sandalın keçmiş həyat yoldaşı Emina Yahoviçlə olub. Onların 9 ay davam edən münasibəti 2019-cu ildə başlayıb. Yahoviç ayrıldıqdan sonra "Sadettin çox nizam-intizamlı biri idi. Axşamlar saat 21-00-da yatardı. Sabah 06-30-da oyanardı və idmana gedərdi. Axşam sadə yemək masasında əyləşib, daha sonra yatardı. Mən isə gəzmək, əylənmək, istirahətə getmək istəyirəm. Həyatı çox darıxdırıcı idi və mən bu həyata uyğunlaşa bilmədim" deyə qeyd edib.
Sadettin Saran 2024-cü ildə Bade İşçillə eşq yaşayıb. Lakin mətbuatda cütlüyün birlikdə fotosu yayılmayıb. Bade bu münasibət barədə "Onun "Fənərbağça" prezidenti olmaq şansı var idi, adını ordan eşitdim, yəqin görüşmüşük, bilmirəm" -deyə qeyd edib.
Oxşar xəbərlər
"Fənərbağça"nın yeni prezidenti kim olacaq?
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk













