Allahşükür Paşazadə: Azərbaycanda məzhəblərarası anlaşma dünya üçün modeldir
Far.Az xəbər saytı

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblərarası anlaşma dünya üçün modeldir


Azərbaycanın adı dünya miqyasında dinlərarası dialoqla yanaşı, islamdaxili anlaşma müstəvisində örnək olaraq vurğulanır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ və dini konfessiyaların Anım Gününün 5-ci ildönümünə həsr edilən birgə iclasında deyib.

O qeyd edib ki, islamdaxili dialoqun üzləşdiyi problemlər və onların aradan qaldırılması yollarının araşdırılması məsələlərinə həsr olunmuş Bəhreyn tədbirində müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi bütün dünyaya model olaraq təqdim edilir:

"Bu, Azərbaycan dövlət başçısının yeritdiyi siyasətin daha bir uğurlu nəticəsidir. Azərbaycanın qüdrəti sarsılmazdır və müdrik dövlətçilik xətti olduqca zəfərlərimiz də davam edəcək. Bu gün Xankəndi Azərbaycanın Beynəlxalq Zirvə görüşləri keçirdiyi məkan kimi dünyanın gündəmindədir. Xocalıda soyqırımı qurbanlarının memorial abidəsi ucaldılır. Bakıda isə Zəfər Tağı qürurlu qələbəmizi təcəssüm etdirir. Bu, ilahi ədalətin qələbəsi deməkdir. Azərbaycan din xadimləri, bütün dindarlarımız Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasətini, qalibiyyətli siyasi xəttini hər zaman dəstəkləyirlər".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfrans işini yekunlaşdırıb - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dövlət komitəsinin sədri Vatikanın dövlət katibinin müavini ilə görüşüb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər