Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın Bəndər Abbas limanında olub
Far.Az xəbər saytı

Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın Bəndər Abbas limanında olub


Carı ilin sentyabr ayının 24-də Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində Bəndər-Abbas şəhərində yerləşən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan limana baş çəkib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti limana baxış keçirmiş və onun infrastrukturu ilə tanış olub. İranın yol və şəhərsalma nazirinin müavini Səid Rəsuli liman haqqında geniş təqdimat verib və onun fəaliyyəti haqqında ətraflı məlumat təqdim edib. Görüş zamanı mümkün əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Bəndər Abbas şəhərinə səfər zamanı baş nazirin müavini Şahin Mustafayev ilə Hormuzqan Əyalətinin valisi Məhəmməd Aşouri Taziani arasında görüş keçirilib və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər