Baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
"Müşahidə kameralarının qeydə aldığı qəzalara baxdıqda görünür ki, bir çox hallarda avtomobillərdə texniki nasazlıq yaranır və sürücülər zəruri təhlükəsizlik qaydalarına əməl etmirlər".
Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında qeyd olunub.
"Hadisələrin əsas səbəblərindən biri də nasaz nəqliyyat vasitəsi yolda qaldıqda təhlükəsizlik tədbirlərinin görülməməsi və sürücülərin diqqətsizliyidir. Çox zaman sürücülər ya avtomobildə oturub evakuator gözləyir, ya da nasazlığı yolun hərəkət hissəsində aradan qaldırmağa çalışırlar. Təəssüf ki, bu, əlavə yol-nəqliyyat hadisələrinə səbəb olur.
"Yol hərəkəti haqqında" Qanunun 55-ci maddəsinə görə, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda sürücü avtomobili yolun hərəkət hissəsindən kənara çəkməli və texniki yardım xidmətinə məlumat verməlidir.
Bu halda sürücülər qəza dayanma işıq siqnalını yandırmalı, qəza dayanma nişanını nəqliyyat vasitəsinin arxasında, zərurət olduqda isə həm də önündə, ən azı 30 metr məsafədə quraşdırmalıdır", - deyə məlumatda bildirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri xəbərdar edir ki, qaydalara əməl olunmadıqda qəza riskləri artır və nəticələri qaçılmaz olur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda nasaz "QAZel" yolda qaldı - Zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Avtomobil piyadanı keçidin üstündə vurdu - ANBAAN VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













