III MDB Oyunları: Azərbaycanın güləş millilərinin heyəti açıqlanıb
Oktyabrın 3-dən 7-dək III MDB Oyunlarında güləş yarışları keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində ayın 3-4-də sərbəst və qadın güləşi üzrə, ayın 7-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan ümumilikdə 150 güləşçi mübarizə aparacaq. Ölkəmizi MDB Oyunlarında 27 güləşçi təmsil edəcək.
Sərbəst güləşdə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (45 kq), Rəvan Həsənzadə (48 kq), Hacıhüseyn Əhmədzadə (51 kq), İbrahim Süleymanov (55 kq), Rəşid Nazarov (60 kq), Hüseyn İsmayılov (65 kq), Nihad Abasov (71 kq), Əli Hacıyev (80 kq), Amin Nəsibov (92 kq) və Hakim Tağıyev (110 kq) çıxış edəcək.
Qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Günel Quliyeva (43 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Xədicəxanım Talıbova (53 kq), Esra Məmmədli (57 kq), Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (65 kq) uğur qazanmağa çalışacaq.
Yunan-Roma güləşində isə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Ömər Salmanov (45 kq), Yusif Mirzəyev (48 kq), Elşad Abbasov (51 kq), Hikmət Haqverdiyev (55 kq), Əli Nəzərov (60 kq), Nihat Tağıyev (65 kq), İslam Sultanov (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Emil Abasov (92 kq) və Rauf Mütəllimov (110 kq) ölkəmizi təmsil edəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib
III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib
III MDB Oyunları: Üzgüçülüyün daha iki növündə medalçılar müəyyənləşib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













