Fərid Qayıbov: Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb
Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idman tarixində ilk dəfə baş tutacaq beynəlxalq "IRONMAN 70.3 BAKU" triatlon yarışı ilə əlaqədar keçirilən Mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda İdman ölkə başçısı tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirilib:
"Ölkənin müxtəlif bölgələrində idman sarayları tikilib. Müxtəlif yarışların Azərbaycanda keçirilməsi Azərbaycanı idman ölkəsi kimi tanıdıb. Növbəti ildə də Bakıda müxtəlif idman yarışları keçiriləcək. Triatlon çox maraqlı bir idman növüdür. Bura daha çox uşaqlar cəlb olunub. Buna görə də mən federasiyaya öz təşəkkürümü bildirirəm. Növbəti ildə ilk dəfə olaraq Azərbaycanda bu yarış keçiriləcək. Bizim çox güclü komandamız var. Bu yarış çox yüksək səviyyədə təşkil olunacaq".
Qeyd edək ki, "IRONMAN 70.3 BAKU" triatlon yarışı 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək və "IRONMAN 70.3" triatlonu, "Fun Run 5 km" və "IRONKIDS" yarışlarını əhatə edəcək. 1.9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər dənizinin sahilində baş tutacaq. 90 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3 dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə edəcək.
2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncə proqramı, "IRONMAN EXPO" zonası təşkil olunacaq. Ziyarətçilər rəsmi IRONMAN məhsulları və digər idman ləvazimatlarını əldə edə biləcəklər.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













