ETF iştirakçıları Bakıda şəffaflıq üzrə milli hesabatların təqdim olunması məsələlərini müzakirə ediblər
Bu gün Bakıda “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq çərçivəsində keçirilən panelin ikinci sessiyasının iştirakçıları İkiillik Şəffaflıq Hesabatları (BTRs), eləcə də Bakı Qlobal İqlim Şəffaflığı Platforması ilə bağlı müzakirələr aparıblar.
"Far.Az" xəbər verir ki, müzakirələr zamanı iqlim ekspertləri və müxtəlif dövlətlərin rəsmi nümayəndələri xüsusilə də ölkələrinin milli İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməklə bağlı hazırlığı barədə fikir mübadiləsi aparıblar.
Sorğunun nəticələrinə görə, 11 ölkənin nümayəndəsi hesabatlarını COP29 başlamazdan əvvəl, üç ölkə konfrans zamanı, 43 ölkə 2024-cü ilin dekabrında, hesabat müddəti başa çatdıqda təqdim etməyi planlaşdırır.
“Biz ölkələrimizi BTR hesabatlarını vaxtında təqdim etməyə hazırlamalıyıq. O zaman biz ölkələrimizin iqlim siyasətini uğurla tənzimləyə biləcəyik. Bu, iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişə nail olub-olmayacağımızı müəyyən edəcək”, - panelin moderatoru bildirib.
Bundan əlavə, panel iştirakçıları və ayrı-ayrı ölkələrin nümayəndələri öz planları və ikiillik hesabatların hazırlanması mərhələləri barədə danışıblar.
Qeyd edək ki, 2024-cü ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Oxşar xəbərlər
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
BMT rəsmisi: Bütün ölkələrdə və regionlarda təcili iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlər tələb olunur
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
COP29 ərəfəsində media üçün effektiv kommunikasiya strategiyaları mövzusunda seminar təşkil edilib - FOTO
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi
-
Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq
-
Alyona Əliyeva: "Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram"
-
Buraxılış imtahanında maksimum nəticə: 300 bal toplayan şagirdlər açıqlandı













