Bakıda sərxoş halda piyada vurub öldürən şəxsə HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsi sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozaraq piyadanı vurub öldürməkdə ittiham olunan şəxsin cinayət işinə baxıb.
BAKU.WS-in məlumatına görə, hadisə 2025-ci il martın 31-də saat 22:38 radələrində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 76 ünvanının qarşısında baş verib.
İttihama görə, təqsirləndirilən şəxs dostları ilə birlikdə restoranında pivə içdikdən sonra "BMW 328i" markalı avtomobili idarə edib. Sərxoş halda 50 km/saat sürət həddi olan yolda 60-70 km/saat sürətlə hərəkət edərkən, yolu sağdan sola keçən piyada Nigar Əliyevanı (ad və soyad şərtidir) (1980-ci il təvəllüd) vurub.
Qadın hadisə yerində baş-beyin əzilməsindən vəfat edib. Ekspertiza xəsarətlərin ağır olduğunu və ölümün qəza nəticəsində baş verdiyini təsdiqləyib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilib. O, dostları ilə "Beerbarrel" restoranında 2 stəkan pivə içdiyini, sonra avtomobil idarə etdiyini, piyadanı qəflətən gördüyünü və qaçınmağa vaxt tapmadığını bildirib.
Təqsirləndirilən şəxs peşman olduğunu, zərərçəkmişin hüquqi varisi (əri) ilə barışdığını və maddi ziyanın bir hissəsini (təxminən 15 min manat) ödədiyini qeyd edib. Himayəsində 1 azyaşlı uşaq olduğunu, arvadının hamilə olduğunu vurğulayıb və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza istəyib.
Zərərçəkmişin hüquqi varisi (ər) ifadəsində arvadının evdar qadın olduğunu, iki övladlarının (2002 və 2004-cü il təvəllüd) olduğunu bildirib. O, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, təqsirləndirilən şəxsin cavan olmasını, ailə vəziyyətini nəzərə alaraq şikayətinin olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza istədiyini qeyd edib.
Şahidlərin (dostları) ifadələri də işin detallarını təsdiqləyib. Onlar təqsirləndirilən şəxsin içkili olduğunu, avtomobil idarə etməməsini məsləhət gördükdə qulaq asmadığını, hadisədən sonra zərərçəkmişə kömək etməyə çalışdıqlarını bildiriblər.
Məhkəmə sübutlar arasında hadisə yerinə baxış protokolunu, videogörüntüləri, tibbi ekspertizanı, avtomobilin texniki vəziyyətini, sərxoşluq aktını və digər sənədləri nəzərə alıb. Ekspertiza təqsirləndirilən şəxsin hadisəni qarşısını almaq üçün texniki imkanının olduğunu, lakin yol qaydalarını (sürət həddi, sərxoş idarəetmə) pozduğunu təsdiqləyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi 1994-cü il təvəllüdlü Bərdə şəhər sakini Asif Məmmədov (ad və soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olma) ilə təqsirli bilinib. Ona 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum etmə cəzası verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













