"Nar" regional satış şəbəkəsini genişləndirir: Yeni mağaza Salyanda!
Sərfəli xidmətləri və bölgələrə diqqəti ilə seçilən mobil operator "Nar" Salyan şəhərində yeni mağazasını istifadəyə verdi.
Salyan şəhəri, Y.Qasımov küçəsi, 7 ünvanında açılan yeni "Nar" mağazasında abunəçilərə müştəri xidmətləri, mobil nömrələrin satışı, mobil telefon və aksesuarların təqdim olunması kimi xidmətlər göstərilir.
Mobil operator bölgələrdə açılan hər yeni mağazanı təkcə satış və xidmət şəbəkəsinin genişləndirilməsi olaraq deyil, həm də sakinlərlə birbaşa əlaqə qurmaq imkanı olaraq dəyərləndirir. Bu dəfə də yerli əhali üçün açıq keçirilən tədbir zamanı, "Nar" rəhbərliyi mağazaya gələn müştərilərlə söhbət apararaq, onların istəklərini və gözləntilərini birbaşa özlərindən öyrəndi. Bu addım telekommunikasiya sahəsində ən sərfəli məhsulları yüksəkkeyfiyyətli xidmətlərlə təqdim etmək məqsədindən irəli gəlir və "Nar"ı regionlardakı müştərilərə daha yaxın edir.
Hazırda 2.2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Qalereya
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün RƏQİBLƏRİ
-
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
-
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir - RƏY
-
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub













