Məmurun evindən 340 min pul oğurlandı - Oğlunun sevgilisi həbs edildi
Bakının Binəqədi rayonu ərazisində mənzillərdən birindən içində 340 min manat olan seyf oğurlanıb.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis tərəfindən həyata keçirilən tədbirlərlə oğurluğun 1986-cı il təvəllüdlü Ş.Hüseynova və onun əmisi oğlu 1991-ci il təvəllüdlü Q.Hüseynov tərəfindən törədilməsi müəyyən edilib.
Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə açılmış işin ibtidai istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə məlum olub ki, ev sahibi E.Müseyibov nazirliklərdən birinin vəzifəli şəxsidir. Oğurluğa görə tutulmuş qadın isə ev sahibinin oğlunun sevgilisi olub.
Belə ki, ailəli şəxs məmurun oğlu ilə 2021-ci ildən sevgili olub. Onlar əsasən E.Müseyibovun oğlunun istəyi ilə evdə görüşüblər və bu zaman Ş.Hüseynova seyfin yerini öyrənib. O, qeyri-qanuni yolla sevgilisinin atasının evinin açarını əldə edərək nüsxəsini çıxartdırıb və evdə kimsənin olmadığı vaxt oğurluq cinayətini törədib. Daha sonra seyf Bakıdan Şəmkirə aparılaraq açılıb. Həmin pulun bir hissəsi ilə özünə bahalı avtomobil alıb.
Qadın məhkəmədə bildirib ki, seyfi ona sevgilisi özü verib və pulları hədiyyə edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə Ş.Hüseynovaya və əmisi oğluna 5 il həbs cəzası verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













