"Real Madrid" artıq Teylor Sviftin mahnısındadır: Yeni albomda böyük sürpriz
Məşhur müğənni Teylor Svift yeni albomunda ilk dəfə bir idman klubunun adını çəkib. Belə ki, onun "The Life of a Showgirl" adlı albomundakı "Wi$h Li$t" mahnısında "Real Madrid"lə müqavilə istəyirlər" ifadəsi keçir.
Far.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, ifaçının bu addımına səbəb 2024-cü ilin mayında Madridin "Santyaqo Bernabeu" stadionunda verdiyi böyük konsertidir.
"130 min tamaşaçı toplayan möhtəşəm tədbir Sviftin yaddaşına dərin iz buraxıb", - deyə mənbədən bildirilib.
Qeyd edək ki, məşhur müğənni mahnılarında ilk dəfə bir idman komandasının adını çəkir.
Yeri gəlmişkən, Teylor Sviftin idmanla əlaqəsi şəxsi həyatına da uzanır. Müğənni ötən avqust ayında NFL oyunçusu Trevis Kelsi ilə nişanlandığını elan edib. Müğənninin sevgilisi hazırda formasını geyindiyi "Kansas City Chiefs" ilə üç "Super Bowl" qazanıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
"Real" rəhbərliyi "Santyaqo Bernabeu"nun adını dəyişdirmək qərarına gəlib
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Mbappe "Santyaqo Bernabeu"da debüt matçından danışdı: "Bu, əla andır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
-
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
-
Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq
-
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir
-
Ankaraya 23 il rəhbərlik etmiş Melih Gökçek barəsində istintaq başladılıb
-
Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb













