Kənd yumurtası BAHALAŞIB - Qiymət artımının səbəbləri açıqlandı
Payız-qış mövsümündə kənd yumurtasının qiymətində artım müşahidə olunur.
Far.Az-in məlumatına görə, mövsümi amillərlə əlaqədar istehsalın azalması təklifə təsir göstərir və nəticədə məhsulun qiyməti yay ayları ilə müqayisədə yüksəlir.
Bəs qiymət artımı nə qədərdir və qarşıdakı aylarda vəziyyət necə dəyişə bilər?
Mövzu ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Far.Az-ə kənd yumurtasının qiymətindəki dəyişikliklər barədə danışıb.
Onun sözlərinə görə, yay aylarında gündəlik kənd yumurtası istehsalı 320-380 min ədəd olduğu halda, qış aylarında bu göstərici 120 min ədədə qədər azalır:
"İstehsalın aşağı düşməsi məhsulun qiymətinə təsir edir. Bu səbəbdən kənd yumurtası qış aylarında ənənəvi olaraq daha baha satılır. Əvvəllər bir ədəd kənd yumurtasının qiyməti 25 qəpik olduğu halda, hazırda qiymət təxminən 40 qəpiyə çatıb".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanın kənd təsərrüfatının yeni uğuru: Ölkəmizdə bol olan yumurta üstündə dünyada davadır
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - SƏBƏBİ açıqlandı
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Mürvət Həsənli: "Azərbaycan quşçuluq məhsullarının böyük ixracatçısına çevrilə bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib













