Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb
Far.Az xəbər saytı

Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb


Nazirlər Kabineti bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının (GES) tikintisinə icazə alınması müddətinin uzadılması haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara ərasən, hökumətin "Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında" 29 oktyabr 2024-cü il tarixli qərarı ilə Cəbrayıl rayonunun inzibati ərazisində yerləşən bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyalarının tikintisinə icazə alınmasının müddəti "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunun 6.7-ci maddəsinə uyğun olaraq 1 il müddətinə uzadılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Cəbrayılda "Qurban Yarmarkası – Bərəkət Festivalı" keçirildi
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev Cəbrayılın Şahvəlli kəndində "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub
Cəbrayılda işləmək istəyənlərin NƏZƏRİNƏ! 100-ə yaxın VAKANSİYA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər