

Layiqli Əmək Səfirləri ilə görüş keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli Əmək Səfirləri ilə görüş keçirilib.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizin tanınmış və nüfuzlu simalarının təmsil olunduğu "Layiqli Əmək Səfirləri" layihəsini həyata keçirir. Layihənin məqsədi əmək hüquqlarının təbliği, bu sahədə maarifləndirmənin gücləndirilməsi və layiqli əməyin təşviqidir.
Görüşdə dövlətimizin uğurlu sosial siyasətindən, əmək münasibətlərinin rəqəmsallaşdırılmasından, sosial təminat sisteminin genişləndirilməsindən, eləcə də ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılmış əlverişli şəraitdən bəhs edilib.
Həmçinin həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verilib.
Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli Əmək Səfirləri əmək hüquqlarının təbliğində təşkilata yaxından dəstək göstərirlər. Belə ki, sosial məsuliyyətin gücləndirilməsində və sağlam əmək münasibətlərinin formalaşmasında layihənin rolu önəmlidir.
Tədbirdə Layiqli Əmək Səfirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən görülən işləri, həmkarlar ittifaqları sistemində aparılan islahatları və yenilikləri yüksək dəyərləndirib, Konfederasiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildiriblər.
Görüşdə AHİK-in fəaliyyətindən və "Layiqli Əmək Səfirləri" layihəsi ilə bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilib.
Layiqli Əmək Səfirləri ilə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri Cenevrədə bir sıra görüşlər keçirib
AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Barselona" böyük hesabla məğlub oldu
-
Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək
-
III MDB Oyunları: Azərbaycan boksçuları yarışı 24 medalla başa vurublar
-
İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?
-
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
-
Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi