UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı
Far.Az xəbər saytı

UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı


UEFA Avropa Liqasının oyunlarında baş verən azarkeş qarşıdurmaları və iğtişaşlarla bağlı rəsmi açıqlama yayıb.

Far.Az xəbər verir ki, qurumun bəyanatına əsasən, "Marsel" - "Levski" (1:0) və "Beşiktaş" - "Hapoel" (2:1) qarşılaşmalarında yaşanan hadisələr ciddi narahatlıq doğurub.

Xatırladaq ki, "Marsel" azarkeşlərinin "Levski" tərəfdarlarına hücumu nəticəsində 10-dan çox bolqarıstanlı azarkeş xəsarət alıb. "Beşiktaş" - "Hapoel" matçında isə stadion mühafizəsinin bir azarkeşdən Fələstin bayrağını almağa cəhd etməsindən sonra qarşıdurma yaranıb. Hadisəyə müdaxilə edən polis gözyaşardıcı qazdan istifadə edib.

UEFA bəyan edib ki, zorakılıq, aqressiya, nifrət, ayrı-seçkilik və ekstremist davranış futbolun dəyərlərinə ziddir. Qurum bütün azarkeşləri qarşılıqlı hörmətə və təhlükəsizliyə çağırıb.

Bundan başqa, hər iki qarşılaşmada baş verən hadisələrin araşdırılması üçün UEFA-nın Etika və İntizam üzrə müfəttişləri təyin edilib. Toplanacaq sübutlar əsasında insidentlərin bütün təfərrüatları araşdırılacaq.

Oxşar xəbərlər

DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
"Kəpəz" – "Qarabağ" matçında azarkeş izdihamı - FOTOSESSİYA
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər