

Bakıda uşaq bağçası ilə bağlı ŞOK İDDİALAR - ARAŞDIRMA BAŞLADI
Xətai rayonu, 207 saylı dövlət uşaq bağçasında qanunsuzluq olduğu iddia edilir.
Bu barədə valideynlərdən biri Far.Az-ə şikayətlə müraciət edib.
Bağçanın direktoru dövlət büdcəsi hesabına təmin olunan ərzaqları özünə məxsus digər özəl uşaq bağçasına daşıtdırdığı iddia olunur. Nəticədə, dövlət bağçasında tərbiyə alan uşaqlara zəif və qeyri-kafi qidalar verilir.
Şikayətdə o da bildirilir ki, valideynlərdən mütəmadi olaraq dəftərxana ləvazimatları (rəngli qələm, kağız, salfetka və s.) gətirmələri tələb olunur. Bundan əlavə, hər uşaq üçün 20 manat "fond pulu" yığılır və bu vəsaitin hansı məqsədlə toplandığı barədə məlumat verilmir.
Məsələ ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil idarəsindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 207 nömrəli körpələr-evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı qurum tərəfindən araşdırma aparılır.
"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir. Müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".
Oxşar xəbərlər
Bakıda uşaq bağçası ilə bağlı ŞOK İDDİALAR - ARAŞDIRILMA BAŞLADI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Barselona" böyük hesabla məğlub oldu
-
İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?
-
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
-
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
-
Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi
-
Xalq artisti: "Bir gün hər şeyi itirəcəksən"