3 piyadanın vurulduğu yol qəzasının ANBAAN GÖRÜNTÜSÜ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 6-da Gəncədə 4 piyadanın vurulması, bir nəfərin ölümü ilə nəticələnən yol qəzasının görüntüsünü yayıb, bununla bağlı müraciət edib.
İdarədən Far.Az-ə bildirilib ki, ötən gün saat 12:00 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən "Haval" markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirmiş və nəticədə yol kənarında hərəkət edən 3 piyadanı vurub.
Hadisə nəticəsində bir piyada hadisə yerində dünyasını dəyişib, digər iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.
"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq faciəvi nəticələrə gətirib çıxarır. Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir", məlumatda deyilir.
Oxşar xəbərlər
Azərbaycanda səsli idarəetmə funksiya ilə yenilənmiş Haval H6 satışa çıxdı
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
Gəncə şəhərinin marşrut şəbəkəsi yenidən formalaşdırılıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













