III Türk Dünyası Mədəniyyət Forumu 2027-ci ildə keçiriləcək
Far.Az xəbər saytı

III Türk Dünyası Mədəniyyət Forumu 2027-ci ildə keçiriləcək


III Türk Dünyası Mədəniyyət Forumu 2027-ci ildə türk dövlətlərindən birində keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində deyilir.

Sənədə əsasən, ölkələr 2025-ci il aprelin 27-28-də Özbəkistanın Xivə şəhərində II Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsinə görə təşəkkürünü bildirib və onun türk dövlətləri arasında mədəni inteqrasiyanın gücləndirilməsinə töhfəsini qeyd ediblər.

Forumun türk dünyasında mədəni dialoq üçün platforma kimi rolu və 2027-ci ildə III forumun türk dövlətlərindən birində keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Qəbələdə TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşü keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər