Yardımlıda müəllim şagirdi döyüb? – RƏSMİ AÇIQLAMA
Far.Az xəbər saytı

Yardımlıda müəllim şagirdi döyüb? – RƏSMİ AÇIQLAMA


Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində şagirdin müəllim tərəfindən döyülməsi iddia olunub.

Far.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Şagirdin valideyni Elnur Məlikov iddia edib ki, 5-ci sinifdə oxuyan oğlu müəllim tərəfindən döyülüb və bu səbəbdən psixoloji travma alıb.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır:

"Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər