Qazi maşını o qədər "prava"sız sürüb ki, 34 min cərimə yığılıb
Far.Az xəbər saytı

Qazi maşını o qədər "prava"sız sürüb ki, 34 min cərimə yığılıb


"Cənab Prezidentin mənə verdiyi avtomobili "Nəvai" postunda saxlayaraq əlimdən alıblar. Buna səbəb kimi 34 min manat cəriməmin olduğunu deyiblər".

Far.Az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində qazi Rəşad Əhmədli deyib.

"Bu günə kimi heç bir yol polisi məni saxlayıb deməyib ki, bu qədər cəriməm var, ya da "pravam" yoxdur. Maşınım cərimə meydançasına aparıldığı gündən bu yana cərimələrimin üstünə faiz gəlir. Qayda pozuntusu etmiş ola bilərəm, amma birinci dəfə cərimə olunsaydım, bir daha buna yol verməzdim", - deyə şikayətçi əlavə edib.

O bu vaxta qədər sürücülük vəsiqəsi almamasına isə belə aydınlıq gətirib: "Elə bilirdim ki, əlillərə "prava" verilmir. Amma nazirliyin icazə kağızı ilə sürücülük vəsiqəsi almaq olurmuş".

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Rəşad Əhmədlinin sözügedən məsələ ilə bağlı müraciəti nəzarət qaydasında araşdırılıb: "Araşdırma zamanı onun törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan hüquq pozuntuları ilə bağlı yaranmış cərimə öhdəliklərinə xitam verilməsinə dair hüquqi əsaslar müəyyən olunmayıb".

Daha ətraflı videomaterialda:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər