0% ilkin ödəniş – "Wuling" MÜƏLLİMLƏR və HƏKİMLƏR üçün xüsusi kampaniyaya start verdi
Far.Az xəbər saytı

0% ilkin ödəniş – "Wuling" MÜƏLLİMLƏR və HƏKİMLƏR üçün xüsusi kampaniyaya start verdi


Müasir texnologiyaları özündə birləşdirən hibrid və elektrik (EV) avtomobil istehsalında Çində ilk 5-likdə yer alan Wuling, MÜƏLLİMLƏR və HƏKİMLƏR üçün xüsusi kampaniyaya start verir.

Kampaniya çərçivəsində Wuling Starlight, Starlight S, Alvez, Alvez S və Asta modelləri 0% ilkin ödəniş imkanı ilə satışa təqdim olunur. Məqsəd, cəmiyyətin dayağı olan müəllimlər və həkimlərə həm əlçatan, həm də müasir texnologiyalı avtomobil seçimləri təklif etməkdir.

Wuling modelləri General Motors-un beynəlxalq mühəndislik gücü əsasında hazırlanıb və güc, qənaət və texnologiyanı özündə birləşdirir. Plug-in Hybrid sedan və krossoverlər uzun məsafələrdə etibarlılıq, qənaətcil mühərriklər və geniş təhlükəsizlik sistemləri ilə seçilir, tam elektrik (EV) modellər isə ekoloji təmizlik və şəhər istifadəsi üçün yeni standart müəyyənləşdirir. Müasir dizayn və komfort isə bütün Wuling modellərini peşəkarların gündəlik həyatında ideal tərəfdaşa çevirir.

Bu kampaniya İmotors MMC və Prior Leasing-in birgə layihəsi olaraq həyata keçirilir və yalnız müəllimlər və həkimlər üçün nəzərdə tutulub.

İmotors-un marketinq meneceri kampaniya barədə bildirib:

"Wuling dünya miqyasında milyonlarla insanın seçimidir. Bizim məqsədimiz müəllimlər və həkimlərə də bu keyfiyyəti və etibarı əlçatan etməkdir. Bu təşəbbüs həm minnətdarlığımızın ifadəsidir, həm də sosial məsuliyyət missiyamızın bir hissəsidir."

Kampaniya çərçivəsində maraqlanan şəxslər Babək prospekti 38A ünvanında yerləşən İmotors salonuna yaxınlaşa və ya 8887 nömrəsinə zəng etməklə daha ətraflı məlumat ala bilərlər.

Oxşar xəbərlər

5000 manat ilkin ödənişlə yeni avtomobil – Wuling ilə mümkündür!
Yeni nəsil avtomobillərə tələbat artır: Elektrik, Hibrid, yoxsa Plug-in Hibrid?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Toyota Prius: Hibrid Avtomobillərin atası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər