Tramp Nobel mükafatı ilə bağlı söylədiyi fikirlərə görə Putinə təşəkkür edib
Far.Az xəbər saytı

Tramp Nobel mükafatı ilə bağlı söylədiyi fikirlərə görə Putinə təşəkkür edib


ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin bu gün Nobel mükafatı ilə bağlı açıqlamalarının görüntülərini paylaşaraq ona təşəkkür edib.

Far.Az "Report"a istinadən xəbər verir ki, ABŞ lideri paylaşımı "Truth Social" sosial şəbəkəsində edib.

"Sağ olun, Prezident Putin", - o yazıb.

Xatırladaq ki, Putin Tacikistanda keçirdiyi mətbuat konfransında Donald Trampın Nobel Sülh Mükafatına layiq olub-olmadığını mühakimə etməyin onun işi olmadığını, lakin Trampın mürəkkəb böhranların həlli üçün çox iş gördüyünü vurğulayıb.

Xatırladaq ki, bu gün Nobel Sülh Mükafatı Komitəsi mükafatı Venesuela parlamentinin keçmiş üzvü və müxalifətçi siyasətçi Maria Korina Maçadoya verib. Mükafata ABŞ Prezidenti Donald Tramp da namizəd olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Tacikistanda səfərdədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Maria Korina Maçadoya Nobel Sülh Mükafatı təqdim olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər