Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Dinin mahiyyətinin olduğu kimi təbliğ edilməsində, dinlərarası dialoqun, əməkdaşlığın təşviqində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.
"Far.Az" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İlahiyyat Məscidini ziyarəti zamanı orada fəaliyyət göstərən din xadimləri ilə görüşündə deyib.
Komitə sədri görüşdə Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyinı qeyd edib. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin, tolerantlıq mühitinin qorunmasına həssaslıqla yanaşırlar.
R.Məmmədov, həmçinin dini maarifləndirmənin və dini təhsilin inkişafının prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Din xadimləri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayıblar. Azərbaycanda mövcud olan dini və mədəni müxtəlifliyin qorunmasının mühüm əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Oxşar xəbərlər
Mehriban Əliyevanın doğum günüdür
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
Ramin Məmmədov: İlahiyyat İnstitutunun qadın məzunları ölkədə dini təhsilə mühüm töhfələr veriblər
Ramin Məmmədov Misirdə bir sıra görüşlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













