Lamine Yamalın atasının paylaşımı İspaniyada gündəm oldu
"Barselona"nın və İspaniya millisinin gənc ulduzu Lamine Yamalın atası Mounir Nasraoui sosial mediada paylaşdığı mesajla İspaniyada müzakirələrə səbəb olub.
Far.Az xəbər verir ki, o, bəzi istifadəçilərin "oğlunun hesabına yaşadığını" yazmasına cavab olaraq ironik şəkildə belə deyib: "Çoxları soruşur ki, niyə işləmirsən, oğlunun hesabına yaşayırsan. Bəli, təşəkkürlər oğlum, sənin pulunla yaşayıram və buna görə minnətdaram."
Nasraoui əlavə edib ki, "başqalarının həyatına qarışmaq əvəzinə, insanların öz işləri ilə məşğul olması daha yaxşıdır".
Hadisə ilə bağlı sosial mediada böyük rezonans yaranıb. Daha sonra o, argentinalı futbolçu Serxio Agüero ilə də qarşılıqlı söz atışmasına girib. Agüero onunla bağlı "sıradan bir serseri" ifadəsini işlədib, Nasraoui isə buna "ürəyini yoxla, yoxsa yıxılıb ölə bilərsən" cavabını verib.
İspan mətbuatı yazır ki, Yamalın ailəsi son aylarda futbolçunun uğurları qədər sosial media paylaşımları ilə də diqqət çəkir.
Oxşar xəbərlər
Arda Gülerin paylaşdığı foto bütün dünyada viral oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Elza Seyidcahanın şlyapası gündəm oldu
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













